Icma.az bildirir, Yenisabah portalına istinadən.
Yaşayış evinin ümumi sahəsi hesablanarkən otaqlarla yanaşı, mətbəx, dəhliz, sanitar qovşağı, eyvan və digər sahələr də nəzərə alınır.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hazırladığı məlumatda qeyd olunub.
Bildirilib ki, yaşayış evinin ümumi sahəsinə otaqların, müxtəlif yerləşgələrin, o cümlədən sanitar qovşağı, mətbəx, dəhliz və yığınaq yerinin, habelə logiyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi daxildir. Toyuqlu pizza
Ümumi sahə hesablanarkən bayır və ara divarlarının, eləcə də məhəccərlərin tutduğu sahələr nəzərə alınmır. Sobanın yerləşdiyi sahə də yaşayış evinin ümumi sahəsinə daxil edilmir.