“Evin sahibi küt alətlə bizə hücum etdi, o hadisədən sonra Corata getmirəm” ÖZƏL+FOTO | Ic…
Icma.az, Moderator.az saytına istinadən bildirir. “ “Ay ev yiyəsi” verilişi 15 ildir ki, efirdədir.
Teleməkanın ən uzunömürlü verilişlərindən biridir. Bilirsiniz ki, biz qapını döyürük və qəfil evərə qonaq oluruq.
Bu 15 ildə bir dəfə problem yaşamışam, o da Corat kəndində. Səhv etmirəmsə 2012-ci il idi.
Evin qapısını döymüşük, qapını xoşluqla üzümüzə açıblar, gözəl çəkiliş etmişik. Ana, balaca qardaşlar, qohum-əqraba hamısı çəkiliblər.
Böyük qardaş sən demə Bakıda işləyirmiş. Qonşular ona deyib ki, sizin evdə çəkiliş gedir. Bu da zəng edib evə, telefonu götürməyiblər.
Çünki çəkiliş vaxtı telefonların səsini aldırıram. Bir də gördük ki, etməyib tənbəllik, şəhərdən durub birbaşa evə gəlib.
Biz də çəkilişi bitirmişdik, dedik ki, oturub çay içək. Oğlan gəlib bacısının, ailəsinin üstünə əməlli başlı hücum çəkdi.
Özü də “kuvalt” deyilən küt alətlə.. Məni qonşu evlərinə qaçırtdı. Veriliş o vaxt Lider tv-də gedirdi.
Tam oxu
Xəbəri oxu