525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Rusiyanın Neftekamsk şəhərində maraqlı məhkəmə prosesi başa çatıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə 70-dən çox heyvan saxlayan 46 yaşlı qadın cərimələnib.
Bundan başqa, onun 2 otaqlı, 46 kv.m sahəsi olan evindəki 40 pişik və 30 it əlindən alınaraq heyvan sığınacağına təhvil verilib.
Bir qarğa isə azadlığa buraxılıb. Qeyd edək ki, qonşular mənzildən pis qoxu və səs-küy gəlməsi üzündən məhkəməyə müraciət etmişdilər.
Onların bu tələbi yerinə yetirilməklə yanaşı, mənzil dezinfeksiya edilərək təmizlənib.
L.Tağıyeva Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.