Evində huşsuz vəziyyətdə tapılan 39 yaşlı aktrisa bu səbəbdən vəfat edib

17.04.2025

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir neçə gün əvvəl vəfat edən amerikalı aktrisa Mişel Trahtenberqin ölüm səbəbi bəlli olub. 

BAKU.WS xəbər verir ki, evində huşsuz vəziyyətdə tapılan 39 yaşlı aktrisaya bir müddət əvvəl qaraciyər köçürüldüyü ortaya çıxıb. 

"The Guardian" nəşrinin yaydığı məlumata əsasən, onun ölümünə şəkərli diabet səbəb olub. Aktrisanın səhhətində uzun müddətdir problüm olduğu və onun təbii səbəblərdən vəfat etdiyi qeyd edilib. 

Ailəsi onun tibbi ekspertizaya göndərilməsini istəməyib. 

Xatırladaq ki, 39 yaşlı aktrisa "Gossip Girl" və "Buffy the Vampire Slayer" kimi ekran işləri ilə populyarlaşıb. 

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью