Evində ölü tapılan aktyor xərçəngdən əziyyət çəkirmiş

05.09.2026

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktyoru Serhat Mustafa Kılıç vəfat edib.

Axşam.az-ın məlumatına görə, 51 yaşlı aktyorun xərçəngdən əziyyət çəkdiyi ortaya çıxıb. Bu barədə aktyorla uzun müddətdir sevgili olan Özlem Esmergül deyib. Onun sözlərinə görə, Serhat limfa xərçəngindən əziyyət çəkirmiş. Özlem cümə axşamından bəri ondan xəbər almadığını bildirib. Evinə yollanan sevgilisi aktyoru divanda hərəkətsiz halda tapıb.

Aktyorun ölüm səbəbini müəyyən etmək üçün nəşi Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilib.

Qeyd edək ki, Serhat "Ezel", "Çember, "Maraşlı", "Seksenler", "Kuruluş Osman", "Kirli sepeti" kimi bir çox məşhur serialda rol alıb. O, sonuncu dəfə "Mehmed: Fetihler Sultanı" serialında çəkilib.

Bir müddət əvvəl Serhata boyun nahiyəsində disk yırtığı diaqnozu qoyulub. Bu səbəbdən o, "Teşkilat" serialından çəkilməkdən imtina edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью