Evində ölü tapılan qadının keçmiş əri saxlanıldı | Icma.az
Sonxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Evində ölü tapılan qadının keçmiş əri saxlanıldı Kocaelinin İzmit rayonunda bir qadın evində ölü tapılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Qarabaş rayonu, Cengiz Topel küçəsində yerləşən 7 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində baş verib.
Evdən silah səslərini eşidən vətəndaşların məlumatı üzərinə hadisə yerinə təcili tibbi yardım və polis qrupları sövq edilib.
Mənzilə girən qruplar Funda Kaymaz adlı qadın tək silah gülləsi ilə ürəyindən vurulmuş vəziyyətdə tapıb.
Həkimlər Kaymazın öldüyünü müəyyən edib. Evdə aparılan araşdırmalardan sonra polislər qadının keçmiş ərini saxlayıb.
Şəxsin ifadə vermək üçün polis bölməsinə aparıldığı bildirilib.
Funda Kaymazın meyiti incələnmə üçün tibbi ekspertizaya Hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.
Tam oxu
Xəbəri oxu