Evində qaz kəsildi, içkili halda icra başçısına şikayətə getdi Həbs olundu

13.11.2025

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırovun qəbuluna içkili halda girmək istəyən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1967-ci il təvəllüdlü F.G. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib. 

Məlum olub ki, noyabrın 6-da təqsirləndirilən şəxsin evində qaz kəsilib və buna görə icra başçısına şikayət etməyə gedib. İcra Hakimiyyətində ona bildirilib ki, görüş günü sabahdır. F.G. içkili olduğundan İcra Hakimiyyətinin işçilərinin ünvanına söyüş söyüb.

Məhkəmənin hökmü ilə F.G. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 4 gün müddətinə həbs edilib.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью