Evində yanğın: 83 yaşlı kişi ölüb

11.03.2025

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şərur rayonunda fərdi yaşayış evində yanğın olub, 83 yaşlı kişi yanaraq ölüb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Şərur şəhərində fərdi yaşayış evində qeydə alınıb.

Baş verən yanğın nəticəsində Şərur rayonu Yengicə kənd sakini, 1942-ci il təvəllüdlü Əbülfəz Məmməd oğlu Əliyev yanaraq ölüb. İlkin məlumata görə, yanğın elektrik sobasındakı nasazlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью