Evində yıxılan aktyorun vəziyyəti kritikdir

29.01.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Evində yıxıldıqdan sonra xəstəxanaya yerləşdirilən aktyor Kvinton Aaronun vəziyyəti kritikdir.

Axşam.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Aktyor hazırda həyat uğrunda mübarizə aparır. Bu məlumat onun dəstəklənməsi üçün yaradılmış səhifədə yer alıb.

Bildirilir ki, 2025-ci ildə 90 kiloqram çəki itirən Aaron aldığı zədə səbəbilə xəstəxanaya düşüb və hazırda ağır qan infeksiyasından əziyyət çəkir.

Aktyorun meneceri Katrina Fristou isə açıqlamasında Aaronun yüksək səviyyəli tibbi yardım aldığını və ailəsinin yanında olduğunu bildirib. Onun sözlərinə görə, aktyor pilləkənlə qalxan zaman qəfil ayaqlarına nəzarəti itirib və nəticədə yıxılıb.

41 yaşlı aktyorun vəziyyəti “kritik, lakin stabil” kimi qiymətləndirilir.

Qeyd edək ki, Kvinton Aaron ən çox amerikalı futbolçu Maykl Oerin rolunu canlandırması ilə tanınır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью