Icma.az xəbər verir, Sonxeber.az saytına əsaslanaraq. Evindən 4 maşın zibil çıxdı - VİDEO Türkiyədə Aydının Nazilli rayonunda vətəndaşların
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, qruplar tərəfindən evdən 4 maşın zibil çıxarılıb.
Nazilli Bələdiyyəsi Təmizlik İşləri qrupları, Zəfər Məhəlləsi 12 küçəsindəki bir evdən gələn pis qoxu xəbəri üzərinə hərəkətə keçdi.
Evə gələn bələdiyyə qrupları içəri girərkən zibil yığını ilə qarşılaşdı.
Əlil olduğu öyrənilən ev sahibi Nurten Arzımanın etirazlarına baxmayaraq təmizlənən evdə 4 maşın zibil tapılıb.
Eyni evdə daha əvvəl 6 dəfə təmizlik aparıldığı öyrənilib. Bələdiyyə qruplarına çətinlik yaradan Arzımanı polis qrupları sakitləşdirib.
Zibillər boşaldılandan sonra ev bələdiyyə qrupları tərəfindən dezinfeksiya edilib.
Vüsalə İbrahimli Sonxeber.azŞikayətiniz varsa Whatsapp: 051 7028255 Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.