Evindən qızılları yoxa çıxan ailə polisə şikayət etdi, oğul saxlanıldı

28.11.2026

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Yasamal rayonunda valideynlərinin evindən qızıl-zinət əşyaları və nağd pul oğurlayan şəxs saxlanılıb.

Moderator.az-ın əldə etdiyi məlumata görə, əməli törətməkdə şübhəli bilinən M.Kazımlı yaxalanıb.

O, əvvəlcə valideynlərinə məxsus 3000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq lombarda qoyub və pul əldə edib. M.Kazımlı bununla kifayətlənməyərək, valideynləri ilə bir yaşadığı evdən 2000 manat nağd pul, bundan başqa Nəsimi rayonu ərazisində motosikletin üzərində olan iki ədəd - ümumilikdə dəyəri 500 manat olan - dəbilqə oğurlayıb.

Faktlarla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью