Evinə getmək istəyən gənc “Niva”nı oğurladı: Görün nələr etdi … VİDEO

24.09.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

18 yaşlı gənc evinə getmək üçün avtomobil oğurlayıb. Avtosfer.az məlumat verir ki, Rusiyanın Tümen şəhərində baş verən hadisənin görüntüləri təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Belə ki, həmin gənc  bir evin qarşısında park edilmiş “Niva”nın qapısını açaraq naqilləri qısa qapanma yolu ilə avtomobili  işə salaraq  evinin yolunu tutub. Ünvanının yaxınlığına çatan gənc Obdorskaya küçəsində iz itirmək üçün avtomobilin dövlət nömrə nişanlarını çıxararaq baqaja qoyub və evinə gedib. Səhəri gün sahibi avtomobilini yerində tapmayaraq polisə gedib.

Hüquq-mühafizə orqanları əməkdaşları oğurlanan avtomobili qısa zaman ərzində taparaq sahibinə təhvil veriblər. Gənc oğlan isə aşkarlanaraq istintaqa cəlb olunub. İndi onu 5 ilə qədər həbs cəzası gözləyir.

Sözügedən hadisənin videosunu təqdim edirik:

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью