Evini satıb kəndə köçdü

10.06.2025

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müğənni Nurlan Əzizbəyli evini satıb, kəndə köçüb.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Xəzər axşamı" verilişində danışıb. O bildirib ki, şəhərin mərkəzində olan evi plana düşüb və köçməli olub:

"Kəndə köçmüşəm, Saray tərəfə getdim. Ana tərəf qohumlarım oradadır. Qaldığım ev plana düşdü, bizə pul verdilər. Ata evimiz idi, qardaşımla böldük. Hərəmiz özümüzə bir ev aldıq. Mən də həyət evi aldım. Dördotaqlı evdir. 48 ildir şəhərdə yaşayırdım. Yaşadığım məhəllənin ab-havasından çıxa bilmirəm. Çətindir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью