Evini sığortalamayan üçün cərimə mexanizmi VACİB AÇIQLAMA | Icma.az
Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Vətəndaşlar arasında sığorta maariflənməsi yetərincə aparılmır. Düşünürəm ki, insanlar sığortanın mahiyyətinin tam fərqinə varmırlar.
Sığortanın onları gələcəkdə hansı maddi zərərlərdən xilas edəcəyi barədə yetərincə məlumatlı deyillər.
Həmçinin, icbari sığorta yetərincə oturuşmayıb. Əmlakın düzgün icbari sığortasının yenilənmə forması, cərimə mexanizmi təmin olunmayıb deyə,
Hurriyyet.Az xəbər verir ki, bu sözləri Yenisabah.az-a danışan sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyib.
Könüllü sığorta növünün daşınmaz əmlak sektorunda nə dərəcədə təsirli olması barədə danışan ekspert bildirib ki, könüllü sığorta növünü inkişaf etdirmək üçün düzgün cərimə, tənbeh mexanizmi olmalıdır: “Məsələn, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında cərimə mexanizmi tətbiq edilir və bu sayədə ölkə ərazisindəki avtomobillərdə 100 faiz sığortalanma var.
Əmlakın sığortası məsələsində də bu prosesi tətbiq etməklə könüllü sığorta növünü tam təmin etmək olar.
Bu sahədə könüllü sığorta növünə çox az insan müraciət edir. Sığortalanan əmlakların böyük əksəriyyəti isə qeyri-yaşayışlarla bağlıdır.
Tam oxu
Xəbəri oxu