Azxeber.com saytına istinadən Icma.az xəbər verir. Azərbaycanda fərdi yaşayış evlərinin çıxarışının olmaması bir çox sakinləri narahat edir.
Bu məsələdə əsas problem torpağın təyinatından düzgün istifadə olunmamasıdır.
AZXEBER.COM baku.ws-ə istinadən bildirir ki, qanunvericiliyə görə, Azərbaycan Respublikasının torpaq fondu yeddi kateqoriyaya bölünür.
Bunlardan yalnız birindi - yaşayış məntəqələri torpaqlarında fərdi evlərin tikilməsinə icazə var.
Lakin müxtəlif səbəblərdən vətəndaşlar digər təyinatlı torpaqlarda - kənd təsərrüfatı, meşə, sənayə və digər təyinatlı torpaqlarda evlər tikiblər.
Həmin ərazilərdə inşa olunan fərdi yaşayış evləri məhz bu səbəbdən sənədləşdirilə bilmir.
Eyi zamanda Xəzər dənizinin mühafiə zolağı, yüksək təzyiqli qaz xətləri və dəmir yollarının ərazilərində də həyət evlərinin tikilməsi halları baş verib.
Bu evlərin də sənədləşdirilməsi vətəndaşlar üçün problemə çevrilib.