Evinin “kupça”sı olmayanlara şad xəbər: yeni sistem qurulur

21.10.2026

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az-ın xəbərinə görə, bunu Mərkəzi Bankın Sığorta vasitəçilərinə nəzarət şöbəsinin rəisi Ramin Cəfərov deyib.

O bildirib ki, burada mühüm istiqamətlərdən biri icbari sığortaların təkmilləşdirilməsidir:

“İcbari sığortaların təkmilləşdirilməsi dedikdə, həm əhatə dairəsinin genişləndirilməsi, həm effektivliyin artırılması, həm də məlumat bazalarının və nəzarət mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulur”.

“Məlumat bazaları dedikdə nəyi nəzərdə tuturuq? Məsələn, əgər evin çıxarışı yoxdursa, ev sığortasına çıxış da yoxdur. Artıq bu məlumat bazalarına girişin əldə olunması sığorta şirkətlərinə məlumatları daxil etmək imkanı verəcək. İndi icbari avtosığorta üzrə şirkətlər Daxili İşlər Nazirliyinin məlumat bazasına daxil ola bilir, orada texniki pasportun və avtomobilin qeydiyyat nömrəsini yazmaqla bütün məlumatları görə bilirlər. İcbari sığortanın digər növləri ilə bağlı da belə bir sistemin qurulması nəzərdə tutulur”.

Könül Vəliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью