Evinizdəki kameraları söndürün İran izləyir!

20.06.2025

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Yaxın Şərqdə İran-İsrail qarşıdurmasının artdığı bir vaxtda, mübarizə yalnız fiziki deyil, rəqəmsal cəbhədə də davam edir. 

News24.az xəbər verir ki, İranın, Tel-Əviv kimi böyük şəhərlərdə yerləşən xüsusi təhlükəsizlik kameralarını hackləyərək ballistik raket hücumları üçün hədəf təyini etdiyi iddia olunub.

İsrailin sabiq Milli Kibertəhlükəsizlik İdarəsi sədr müavini Refael Franko, təhlükəsizlik kameralarına qarşı hücumların artdığını qeyd edərək vətəndaşlara belə xəbərdarlıq edib:

“Evinizdəki təhlükəsizlik kameralarını söndürün və ya parollarını dəyişin".

Günel Məlikzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью