Evinizin sənədi köhnədirsə rüsum ödəyəcəksiniz

05.11.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Daşınmaz əmlakla bağlı bəzi əməliyyatların dövlət rüsumundan azad olunması qaydasının dəyişdirilməsi təklif edilir.

Turkustan.az xəbər verir ki, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, 2006-cı il iyulun 6-dək verilmiş sənədlər əsasında əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarış və texniki sənədlərin verilməsi üçün rüsum tutulması nəzərdə tutulur.

Hazırda bu əməliyyatlar, eləcə də əmlak sahibinin iradəsindən asılı olmayan səbəblərdən ünvan dəyişdikdə və qeydiyyat orqanının texniki səhvləri aradan qaldırıldıqda rüsum tutulmur. Təklif olunan redaksiyada həmin güzəştin çıxarılması göstərilir./modern.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью