Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyəli aktyor Cem Uslu uzun müddətdir eşq yaşadığı Gubse Ceren Geçalp ilə nikah masasına oturub.
Axşam.az xəbər verir ki, "Çukur" serialında canlandırdığı Metin Yaman obrazı ilə tanınan aktyorun toy mərasimi Düzcədə baş tutub.
Cütlüyün ailə üzvləri və yaxın dostlarının iştirak etdiyi şənlikli mərasimdən görüntüləri Cem Uslu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
43 yaşlı aktyor paylaşımına bu sözləri yazıb:
"Düzcədə çox şənlikli bir toy etdik. Yanımızda olan hər kəs sağ olsun, var olsun. İlk fotodakı kimi başladı, sonuncudakı kimi bitdi".
Qeyd edək ki, Cem uslu sonuncu dəfə "Kıskanmak" serialında çəkilib.