Evlənəcək gənclərə şad xəbər: Şirkətlərin sayı 1191 ə çatıb

13.09.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Türkiyədə evlilik hazırlığı görən gənclər üçün nəzərdə tutulan dəstək proqramı çərçivəsində endirim təqdim edən şirkətlərin sayı 1191-ə yüksəlib. Razılaşmalı şirkətlərdə alış-verişlərə əlavə üstünlüklər verilir, bəzi müəssisələrdə isə satış qiymətinə 5-40 faiz arasında endirim tətbiq olunur.

Sherg.az xəbər verir ki, Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin 2024-cü ildə həyata keçirdiyi “Evlənəcək Gənclərə Dəstək Layihəsi”nin məqsədi evlilik hazırlığında olan gənclərin xərclərini azaltmaq və onlara iqtisadi dəstək göstərməkdir.

Layihə çərçivəsində 44 milli və 1147 yerli şirkətlə əməkdaşlıq edilir. Bundan əlavə, 22 qeyri-hökumət təşkilatı və 190 bələdiyyə ilə də əməkdaşlıq qurulub. Beləliklə, ümumilikdə 1403 qurum və təşkilat layihəyə cəlb olunub.

Endirimlərdən yararlanmaq istəyən cütlüklər onlar üçün e-Devlet sistemi üzərindən müəyyənləşdirilən endirim kodunu əldə edə bilərlər. Kampaniyalar və endirim kodunun yaradılması ilə bağlı məlumatlar layihənin rəsmi internet səhifəsində təqdim olunur.

Bundan başqa, 190 bələdiyyə gənclərə pulsuz nikah mərasimi, pulsuz toy zalı və cehiz yardımı kimi müxtəlif dəstəklər göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью