Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən bu ilin 9 ayı ərzində 36 332 nikah və 15 480 boşanma halları qeydə alınıb.
Axşam.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.