Evlənmək istəməyən 16 yaşlı qız bıçaqlandı

20.06.2026

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hindistanın Kerala ştatında bir kişi evlənmək təklifini rədd edən yeniyetmə qızı bıçaqlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Vattappara yaşayış məntəqəsi yaxınlığında baş verib.

Polisin məlumatına görə, Fahad adlı şəxs 16 yaşlı qızı izləyərək ona yaxınlaşıb. Aralarında yaranan mübahisə zamanı o, yeniyetmənin boyun nahiyəsinə bıçaq zərbəsi endirib.

Cinayətdən sonra şübhəli hadisə yerindən qaçsa da, həmin gün axşam saatlarında polis tərəfindən saxlanılıb.

Yaralanan qız təcili xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti hazırda stabildir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью