Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, türk pop musiqisinin məşhur simalarından olan Serdar Ortaç son vaxtlar daha çox səhhətindəki problemlərlə gündəmə gəlir. Dağınıq skleroz (MS) xəstəliyi ilə mübarizə aparan sənətçi bir neçə gün əvvəl konsert proqramı ilə çıxış edib.
Ayaq üstə dayanmaqda çətinlik çəksə də, məşhur müğənni səsi və mahnıları ilə pərəstişkarlarına unudulmaz anlar yaşadıb.
Səhnədə fanatları ilə söhbət edən Ortaç yenidən keçmiş evliliyindən danışıb. İllər əvvəl model Xloye Louqnan ilə evlənən və daha sonra qarşılıqlı razılıq əsasında boşanan sənətçi belə deyib:
"Həyatıma girən bütün qadınlar sarışın olub, bir dənə də qarasaçlı tapa bilmədim. Evlilik ağıl xəstələrinin işidir, evlənmək üçün dəli olmaq lazımdır...", - deyə Serdar Ortaç bildirib.
Həmidə İbrahimova