Icma.az, Baku.ws portalına istinadən məlumat yayır. Aparılan beynəlxalq araşdırmalar evlilikdən peşman olanların daha çox kişilər olduğunu g
BAKU.WS-in araşdırmasına görə, kişi respondentlərin 72 faizi, qadınların isə 54 faizi evlənmək qərarından peşman olduqlarını bildiriblər.
Mütəxəssislər qeyd edirlər ki, peşmanlıq adətən ilk il deyil, təxminən üç ildən sonra ortaya çıxır.
IllicitEncounters.com saytının sorğusunda iştirak edənlərin əksəriyyəti evlilik institutuna qarşı çıxmır, sadəcə yanlış insanla ailə qurduqlarını deyiblər.
Maraqlıdır ki, cavab verənlərin 38 faizi fürsət olsa, sabiq sevgililəri ilə qalmaq istədiklərini bildirib.
Digər bir araşdırma isə boşanma qərarından kimlərin peşman olduğunu göstərib.
Avvo şirkətinin ABŞ-də apardığı sorğuya görə, boşanmış qadınların 73 faizi bu addımdan peşman olmadığını bildirib.
Kişilərdə isə bu göstərici daha aşağıdır – cəmi 61 faiz boşanma qərarına görə peşman olmadığını deyib.