Icma.az, Olay.az portalına istinadən məlumat yayır.
Bir filminin qala gecəsinə qatılan türk müğənni Aleyna Tilki mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
OLAY yazır ki, şəxsi həyatı ilə bağlı sualları cavablandıran Aleyna Tilki ona evlilik təklifləri gəldiyini bildirib. “Evlənməyi düşünürsünüz, həyatınızda kimsə var?” sualına “Xeyr, hazırda evlənməyi düşünmürəm” cavabını verən Tilki karyerasının onun üçün prioritet olduğunu deyərək, “Əvvəlcə qlobal karyera planım var. Karyeramı davam etdirəcəyəm” deyib.
Müğənni daha sonra “Evlənsəm, uşaq üçün evlənərəm. Körpəmin olmasını istəsəm...” ifadələrini işlədib. Övladı olacağı təqdirdə necə ana olacağı soruşulan Tilki, “Artıq 10 ildir məni tanıyırsınız, bir düşünün, təxmin edin” deyərək zarafatla cavab verib.
Qız, yoxsa oğlan övlad istədiyi soruşulduqda isə “Heç bilmirəm. Gözəl olsun, sağlam olsun, öz bildiyi kimi biri olsun” deyə cavab verib.