Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Müasir dövrümüzün ürəkağrıdan bəlalarından biri də kitab məsələsidir.
Elə ki, internet həyatımıza daxil oldu, kompüter, smartfon telefonlar meydana gəldi, illərimizi verdiyimiz kitablardan yavaş-yavaş uzaqlaşmağa başladıq.
Kitablar kitabxanalarda rəflərdə oxucularının yolunu gözlədi, evlərimizdəki kitab rəflərini isə toz basdı.
Biz kitabları internet aləminə satdıq, qurban verdik. Hansı ki, uşaqlıqdan gəncliyə, yetkinlikdən qocalığa kitablar hər zaman yol yoldaşımız
Bizi onlar tərbiyə etmişdi, doğru yolu göstərmişdi. İdealımız olmuşdu. Həyatda mübarizəni, mücadiləni öyrətmişdi bizə.
Həm gündüz, həm gecələr dostumuz, rəfiqəmiz olmuşdu. Səhifələrinin özünəməxsus ətri indi də burnumuza gəlir.
Bəzən əlimizə aldığımız kitablarda işarə üçün qatladığımız vərəqlərdə həmin qatların da olduğu kimi qaldığını görə bilirik.
Hələ göz yaşlarımızı demirəm. Kitablar illərlə bizi ağladıb. Qəhrəmanlarımızın taleyinə ağlamışıq, göz yaşlarımız səhifələrə axıb.