Evlərdən 12 minlik oğurluq edən şəxs saxlanılıb

28.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Xırdalan şəhəri ərazisində evlərin birindən 6 top elektrik naqilinin oğurlanması barədə polisə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən A. Cəfərov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin dekabr ayı ərzində rayon ərazisində bir neçə evdən və həyatyanı sahələrdən ümumilikdə 12150 manat dəyərində naqil, su mühərriki, inşaat materialları və təmir alətləri oğurlaması da müəyyən olunub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью