Evləri plana düşən vətəndaşlara hazır ev verilsin Deputatdan TƏKLİF

28.02.2025

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bakıda və ətraf ərazilərdə söküntü işləri aparılır. Amma bu problemlərə yol açır".

Redaktor.az xəbər verir ki, bunu bu gün keçirilən Milli Məclisin plenar iclasında Razi Nurullayev deyib.

"Bunlardan biri vətəndaşların köçürülməsi daha sonra onlara verilən kompensasiya məsələsidir. Onlara verilən kompensasiya ilə hardasa ev almaq olmur. Ona görə onlara ya yüksək məbləğ ya da hazır ev versinlər. Bundan başqa yenidənqurma zamanı həmin ərazilər abadlaşdırılır, ancaq ətraf yerlər fəsadlara məruz qalır". 

Türkan İSGƏNDƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью