EVLƏRİNİZDƏ EHTİYAT SAXLAYIN Nazirdən əhaliyə çağırış

24.10.2026

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Böyük Britaniya hökuməti əhalini fövqəladə vəziyyətlərə hazırlıqlı olmağa çağırıb.

“Reuters” xəbər verir ki, hökumət oktyabrın 22-də başladılan “Be Ready” kampaniyası çərçivəsində vətəndaşlara evlərində üç gün üçün kifayət edəcək su və uzun müddət saxlanıla bilən qida ehtiyatı saxlamağı tövsiyə edib.

Böyük Britaniyanın baş naziri Endi Burnhem oktyabrın 23-də Liverpulda keçirilən tədbirdə bildirib ki, gözlənilməz hadisələr getdikcə daha tez-tez baş verir.

“Bu, panikaya düşmək deyil, çətin vəziyyət yarandıqda ehtiyaclarınızı qarşılamaq üçün evdə kifayət qədər ehtiyat saxlamaq məqsədilə ağlabatan tədbirlər görməkdir”, – Burnhem deyib.

Tövsiyələrə hər nəfər üçün 9 litr su, konservləşdirilmiş qidalar, batareyalı və ya mexaniki radio, əl fənəri, ehtiyat batareyalar, ilk yardım çantası, enerji yığılmış portativ enerji mənbəyi və elektron ödəniş sistemlərinin işləmədiyi hallar üçün nağd pul daxildir.

Hökumət bu addımların ekstremal hava şəraiti, elektrik və su təchizatının, telefon və internet xidmətlərinin müvəqqəti dayanması kimi hallarda əhalinin hazırlığını artırmağa xidmət etdiyini bildirir.

AzPolitika.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью