Evlərinizi tərk edin, bombalayacağıq İsrail ordusu

28.03.2025

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

İsrail ordusu Beyrutun cənub ətrafı və Hadassa bölgəsinin sakinlərini “Hizbullah”ın hədəflərinə qarşıdan gələn hava hücumları ilə əlaqədar təcili olaraq təhlükəsiz yerə təxliyə etməyə çağırıb.

Ölkə.Az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Avihai Edri özünün X platformasında ərəb dilində gözlənilən hava hücumu ilə bağlı xəbərdarlıq edib və zərbələrin keçiriləcəyi yerləri göstərən xəritələr yerləşdirib.

“Özünüzün və ailə üzvlərinizin təhlükəsizliyi üçün dərhal “Hizbullah” strukturlarının yaxınlığındakı bu binaları tərk etməli və onlardan ən azı 300 metr aralıda olmalısınız”, - mətndə deyilir.

Mürtəza
Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью