Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müasir dövrdə texnoloji yeniliklər və sosial şəbəkələrin həyatımızın bir parçasına çevrilməsi ilə, insanların bir-birilə ünsiyyət və münasibət qurması daha da asanlaşdı.
Bunun nəticəsi kimi evli ola-ola başqa bir sevgilisi olan insanların sayında kəskin şəkildə artımlar müşahidə olunmağa başladı.
Bəs evli kişi ilə yasaq münasibət yaşamağın çətinlikləri və sıxıntıları nələrdir?
Ailəli olan kişilər ilə birlikdə olan qadınlar hansı hissləri keçirdirlər?
Bu tip qadınların davranışının altında bir neçə səbəb yatır ki, bunlarda özlüyündə qadını ailəsi olan kişi ilə münasibət qurmağa sövq edir.
Bu səbəblərə sevgi, pul, məcburiyyət, seks istəyi və gücü aid etmək olar.
Evli kişi ilə birlikdə olan qadınların həyatında daima kədər, üzüntü, yalanlar, qısqanclıqlar, dava-dalaşlar əksik olmaz.