Evli qadını qaçıran sabiq şöbə müdirinə yeni cinayət işi açıldı

12.06.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Goranboy Rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Şaiq Qənbərli cinayət məsuliyyətinə cəlb edilib.
Bizim.Media "Bakupost"a istinadən xəbər verir ki, Ş.Qənbərli həmyerlisinin şəxsi həyatına dair məlumatları gizlicə lentə alıb yaymaqda ittiham edilir.
Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Ş.Qənbərli daha əvvəllər evli qadını qaçırması ilə bağlı gündəmə gəlmişdi. Həmin vaxt o, şöbə müdiri vəzifəsindən çıxarılaraq RİH-də baş məsləhətçi təyin edilmişdi. Lakin bir müddət əvvəl həmin vəzifəsindən də azad olunmuşdu.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью