Evlilik ildönümünü bu fotolarla qeyd etdilər

11.07.2026

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın NTV telekanalının baş prodüseri, "Parni iz Baku" komandasının üzvü Timur Vaynşteynin həyat yoldaşı, Rusiyanın Əməkdar idman ustası Yana Batırşina ailəsi ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, keçmiş gimnast sosial şəbəkədə ailə fotolarını izləyiciləri ilə bölüşüb. O, həyat yoldaşı ilə evliliklərinin 22-ci ildönümünü qeyd etdiklərini bildirib.

"Bu gün ailəmizin ad günüdür. Artıq 22 ildir evliyik. Əslində isə 23 ildir birlikdəyik və bu, həyatımın ən gözəl yarısıdır. Ailəm mənim ən böyük mükafatımdır" deyə, Yana paylaşımında yazıb.

Qeyd edək ki, cütlüyün Məryəm, Ayla adlı 2 qız övladı, Leonid adlı oğlu var. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью