Evlilik öncəsi psixoloji uyğunluğun dəyərləndirilməsi tövsiyə olunur Leyla Bəşirova | Icma…
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır. “Ailədə münaqişələrin baş verməsi cütlüklərin keçmişdə yaşadığı psixi pozuntuların yar
Fərdlərin bir-birinə münasibətində hər zaman travmalar özünü göstərir”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da psixiatr Leyla Bəşirova açıqlayıb.
Onun sözlərinə görə, travmalar ailədə valideynlərin özlərinə və övladlarına qarşı daha aqressiv davranış nümayişini yaradır və bu zaman ailədə sağlam mühit formalaşa bilməz:“Keçmiş travmaları olan insanlar şəxsi həyatlarında və əmək fəaliyyətlərində mənfi emosiyalarını ifadə edirlər.
Travma sonrası insanlarda depressiya, təşviş, narahatlıq və digər psixi pozuntular, daha ağır psixi xəstəliklər müşahidə edilə bilər.
Sağlam ailə mühitində böyüyən uşaqlar gələcəkdə şəxsi münasibətlərində sağlam olurlar.
Ailə sağlam düşüncədə olmayanda uşaqlar travma alırlar. Fərdi travmalar ailə travmalarının yaranmasına səbəb olur.
Travmaları olan insanlar psixi sağlamlıq mütəxəssisinə müraciət etməlidirlər.
Tam oxu
Xəbəri oxu