Evlilik təklifi edən gənci hər kəsin içində pərt etdi (Video)

17.11.2026

Icma.az, Milli.az saytına istinadən bildirir.

Özbəkistanda restoranların birində baş verən hadisə sosial şəbəkələrdə diqqət çəkib.

Milli.Az xəbər verir ki, məclislərin birində gənc oğlan sevdiyi xanıma hər kəsin gözü qarşısında evlilik təklifi etmək qərarına gəlib. Əlində gül buketi və nişan üzüyü ilə qızın qarşısına keçən oğlan ondan müsbət cavab gözləsə də, gözlədiyi reaksiyanı ala bilməyib.

Xanımın təklifi qəbul etməməsi gənci çətin vəziyyətdə qoyub. Yaşadığı məyusluğu gizlədə bilməyən oğlan isə pərt olaraq məclisi tərk edib. Hadisə ətrafdakı insanların da diqqətini çəkib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью