Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mətləb Salahov: “İş tapmaq problemi, evsizlik, yaxşı qazancın olmaması gəncləri evlilikdən uzaqlaşdırır” “Əslində evlənənlərin sayında olan kəskin azalma və hazırkı statistik göstərici təəcüblü görünməməlidir.
Çünki uzun illərdir ki, klassik ailə ənənələrinin yerini müasir, sosial şəbəkələrdə yaranan aldadıcı “sevgi hissi” əvəz edib və internet üzərindən yaranan tanışlıq ən yaxşı halda cəmi bir il çəkir.
Çünki bu nigah masasının heç bir mənəvi bağları olmur. Bu gün isə həttda aldadıcı evlilik prosesi də gündəmdən çıxmaq üzrədir.
Xüsusilə iş tapmaq çətinliyi, evinin olmaması, digər sosial problemlərin ağırlığı gəncləri nigah masasından uzaqlaşdırır.
Günün böyük hissəsini sosial şəbəkələrdə keçirən əksər gənclər ailə məsuliyyətindən, sosial cavabdehlikdən, iqtisadi yüklənmələrdən uzaq olmağa çalışır, ailə ənənələrinin davam etdirilməsində maraqlı görünmürlər.” Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib.
O qeyd edib ki, sosial problemlər, məşğulluq dərdləri, gəlirlərin azlığı evlənmələrin kəskin azalmasına yol açıb. “Bir amilə diqqət yetirək.
Artıq Azərbaycanın əksər bölgələrində işsizlik ucbatından 18-24 yaşlı gənclərin ölkəni tərk edib xarici ölkələrə üz tutması müşahidə olunur.