Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Aktyor Ramil Babayev həyat yoldaşı Nigarla bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, aktyor sosial media hesabında evliliklərinin 20-ci ildönümü olduğunu bildirib.
“Birlikdə keçən iyirmi il — sevincimizlə, kədərimizlə, gülüşümüzlə, sınaqlarımızla, böyütdüyümüz xatirələrlə dolu bütöv bir ömür parçası. 05.09.2006” deyə, Ramil paylaşımında yazıb.
Qeyd edək ki, cütlüyün iki övladı var.