Evliliyə məcbur edənlər həbs ediləcək KONKRET

26.06.2025

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qazaxıstanda məcburi nikaha və şəxsin təqibinə görə cinayət cəzası müəyyənləşib.

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Senatı layihə təqdim edib.

“Dəyişikliyə əsasən, zorakılıq, əmlakın məhv edilməsi və ya zədələnməsi hədəsi ilə şəxsi nikaha daxil olmağa məcbur etmə, habelə zərərçəkmiş şəxsi və ya onun yaxınlarını rüsvay edən məlumatların açıqlanması hədəsi ilə şantaj etmə – cərimə, azadlığın məhdudlaşdırılması və ya yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni zamanda, şəxsin təqibi cərimə, yaxud 50 sutkayadək müddətə həbs və ya iki yüz saatadək ictimai işlər ilə cəzalandırılır”.

Senat qanun layihəsini qəbul etdikdən sonra imzalanması üçün ölkə prezidentinə göndəriləcək, sonra isə qüvvəyə minəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью