Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
41 yaşlı müğınni Lana Del Reyin həyat yoldaşı müğənnini ikinci evlilik ildönümü münasibətilə təbrik edib.
OLAY yazır ki, 51 yaşlı Ceremi Dyufren İnstaqram hesabında toy mərasimindən olan fotolar da daxil olmaqla, birlikdə çəkdirdikləri nadir və arxiv görüntülərini paylaşıb və yazıb: “İldönümümüz mübarək, ən gözəl və dəyərli həyat yoldaşım. Səni dəlicəsinə sevirəm!”
Xatırladaq ki, XXI əsrin ən populyar müğənnilərindən biri olan Lana Del Rey və timsah ovçusu kimi tanınan Ceremi Dyufren təxminən altı il əvvəl tanış olublar. Ulduz həmin vaxt onun bələdçi xidmətindən istifadə edib.
Cütlüyün münasibəti barədə 2024-cü ilin avqustunda məlumat yayılıb. Bundan bir ay sonra onlar Luiziana ştatında gizli şəkildə evləniblər və daha sonra burada məskunlaşıblar.