Evren Alkaya: “Güclü rəqiblərlə qarşılaşaraq…”

26.08.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycanın 16, 18 və 20 yaşadək qızlardan ibarət basketbol milliləri Minskdə keçirilən təlim-məşq toplanışını başa vurub.

Futbolpress.az xəbər verir ki, 26 may – 4 iyun tarixlərini əhatə edən hazırlıq prosesi çərçivəsində komandalar Belarusun müxtəlif klubları və milli komandaları ilə bir sıra yoxlama oyunları keçirərək Avropa çempionatlarına hazırlıqlarını davam etdirib.

Baş məşqçi Evren Alkaya toplanışı dəyərləndirib:

“Toplanış bizim üçün çox faydalı oldu. Güclü rəqiblərlə qarşılaşaraq komandalarımızın hazırkı vəziyyətini qiymətləndirmək və beynəlxalq təcrübə qazanmaq imkanı əldə etdik. İnanıram ki, hazırlığın nəticələri qarşıdakı Avropa çempionatlarında özünü göstərəcək.”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью