Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsveçli aktyor Dolf Lundqren xərçənglə mübarizə apardığı illərdə evtanaziya barədə düşündüyünü açıqlayıb.
Axşam.az xəbər verir ki, 68 yaşlı aktyor bu barədə memuarında yazıb. Lundqren xəstəliyinin ağırlaşacağı təqdirdə qardaşından ona bu məsələdə kömək etməsini istədiyini bildirib.
Aktyor 2023-cü ilin mayında xərçənglə səkkiz illik mübarizəsindən danışmışdı. Lundqren xəstəliyin bodibildinq zamanı steroid istifadəsi ilə əlaqəli ola biləcəyini ehtimal etmişdi.
Onun sözlərinə görə, xərçəng diaqnozu ilk dəfə 2015-ci ildə qoyulub. Həkimlər aktyora maksimum 2-3 il ömrünün qaldığını bildiriblər.
Lundqren uzun illər davam edən mübarizədən sonra xəstəliyə qalib gəlib. O, 2024-cü ilin noyabrında son şişindən xilas olub.
Aktyor xəstəliyin ona anı yaşamağı və hər dəqiqədən zövq almağı öyrətdiyini deyib. O, bu müddətdə göstərdikləri dəstəyə görə pərəstişkarlarına təşəkkür edib.