“Əvvəl alma çörək yeyirdim, indi kürü...”

16.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Nadir Qafarzadə özünü yaxşı hiss etmədiyini və həyatı dəyişməsindən yorulduğunu etiraf edib.

"Yeni Sabah" axşam.az-a istinadla xəbər verir ki, o bəzən nə qədər haqlı olsa da, ətrafındakı insanların həqiqəti qəbul etmək istəmədiyi rəyindədir:

“Özümü heç yaxşı hiss etmirəm. Bir az yüklənmişəm. Düşünürəm, bəlkə, taqətdən düşürəm. Ətrafımdakılara baxıram, görürəm ki, cəmiyyətdən, işdən yorulublar. Deyirəm, mənim bəlli yaşım var, sizin 20-25. Sizin yaşda olanda qaynayırdım. Bakıda online alış-veriş

İnsan səni başa düşməyəndə özünə qapanırsan ki, görəsən, nəyi düz etmədim? Bəzən ətrafındakılar həqiqəti qəbul etmir. Hətta düz olsan da, bəzən həqiqəti deməməlisən”.

Müğənninin fikrincə, insanları yaxşılığı hər zaman dəyərləndirmir:

“Avtomobil saxlayanda nəzarətçiyə 1 manat olsa da verirəm. Çox vermək də olmaz. Pis öyrəşdirirsən. Bizim manatımız olanda da şükr edirdik. Deyirdik, çörək almağa pulumuz var, kiməsə ağız açmayacağam. O qədər yavan çörək, alma-çörək yemişəm. Elə qəşəng olur. İmkan olmayıb, yemişəm. Bu gün kürü də yeyirəm, amma həmin ləzzət yoxdur. Onu yeyəndə anam yanımda idi. Qarnımı doyduran ana sevgisi idi”.

N.Qafarzadə müasir dövrdə insanların telefonlara həddindən artıq bağlanmasından da gileylənib. O bildirib ki, əvvəlki səmimi münasibətlər, qonaq gedib-gəlmək ənənəsi getdikcə arxa plana keçir:

“İndi bizi telefon yadlaşdırıb. Əvvəl qonaq gedirdik. İndi hər şeyi telefonla edirik. Həyat maraqsız olur”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью