“Əvvəl çempionluğa iddia edirdik, amma…” “SaatlıAraz”ın prezidenti

15.12.2024

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Futbol üzrə ölkə çempionatının 2-ci liqasının 12-ci turunda “Saatlı-Araz” səfərdə “Lerik”i məğlub edib (3:1).

Komanda hazırda 19 xalla 6-ci pillədə qərarlaşıb. Halbuki Saatlı klubu mövsüm ərəfəsində 1-ci liqaya qayıtmaq hədəfini gizlətmirdi.
Bəs nə oldu, planlar dəyişdimi? “Saatlı-Araz”ın prezidenti Ədalət Abdullayevin “Football-plus.az”ın cavabı:

“Bu mövsümdə komandamız daha üstündü. Sadəcə, maliyyə imkanları baxımından bir çox futbolçu ilə yollarımızı ayırdıq. Əvvəl çempionluğa iddia edirdik, amma əlavə dəstək olmadığı üçün hədəfimizdən uzaq düşdük. Yenə də 1-ci liqaya qayıtmağa ümidliyik”.


ƏSƏD SEYİDOV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью