Əvvəl ev dustaqlığına buraxıldı, sonra yenidən həbs olundu

05.11.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan “AİD Group” xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib.

Axar.az APA-ya istinadla xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qərar verib.

Daha sonra prokurorluğun apellyasiya protesti əsasında onunla bağlı yeni qərar qəbul edilib.

Bakı Apellyasiya Məhkəməsi prokurorluğun Binəqədi rayon Məhkəməsinin qərarı ilə bağlı apellyasiya protestini təmin edib. Samir Yəhyazadə məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində Samir Yəhyazadəyə Cinayət Məcəlləsinin 178.3.2, 178.2.1, 178.2.2, 178.2.4 (külli miqdarda dələduzluq) və 318-1.1 və 320-1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Samir Yəhyazadənin həyat yoldaşı “AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi və rəhbəri Nigar Fərhad da bu ilin avqust ayında saxlanılıb, daha sonra barəsində "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью