Əvvəl evlənmək problem kimi görülürdü, indi də uşaq... Səbəb açıqlandı

14.09.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sosial mediada ailə qurmaq və uşaq sahibi olmaqla bağlı yanaşmalar da dəyişir. Xüsusilə bəzi paylaşımlarda ana olmaq, uşaq dünyaya gətirmək və valideynlik sanki insanın şəxsi həyatına mane olan, azadlığını məhdudlaşdıran və ya karyerasına mənfi təsir göstərən bir seçim kimi təqdim edilir.
Demokrat.az-a bu barədə açıqlama verən sosioloq Əhməd Rəhmanov bildirib ki, son dövrlərdə mənəvi dəyərlərimiz də dəyişib.

Sosioloqun sözlərinə görə, əgər qədim zamanlarda ailə qurmaq və övlad dünyaya gətirmək gələcəyə investisiya kimi qəbul olunurdusa, yəni “bu gün mən onu saxlayıram, sabah o məni saxlayar” düşüncəsi ilə yanaşı, bu gün yaşadığım cəmiyyəti, toplumu möhkəmləndirim ki, sabah da bu toplumda yaşamaq ümidim olsun prinsipi əsas götürülürdüsə, XXI əsrdə artıq bu anlayış dəyişib:
“Bu gün istər dövlətlər, istərsə də vətəndaşlar daha çox bu günləri ilə yaşayır, indiki zamanda maksimum dərəcədə yararlanmağa çalışırlar. Bunu dövlət siyasəti kontekstində də nəzərdən keçirmək olar. Məsələn, XX əsrdə Azərbaycanda və ya Rusiyada çıxarılan neftin miqdarı ilə bu gün hasil olunan neftin həcmi arasında ciddi fərq var. O dövrdə bəzi yataqlar tapılsa da, dərhal istismar olunmurdu.
Düşünülürdü ki, bu resurslar gələcəkdə lazım olacaq. Eyni zamanda əhali daha kasıb dolanırdı, dövriyyədə olan pul daha az idi. Vətəndaş da daha çox bu günü ilə deyil, “sabah daha yaxşı olacaq” ümidi ilə yaşayırdı. Məhz gələcəyə olan bu ümid insanları daha çox övlad dünyaya gətirməyə sövq edirdi”.
Əhməd Rəhmanov əlavə edib ki, XX əsrdən sonra isə qloballaşma prosesi sürətləndi:
 
@magmahaber BİR ANNEDEN ÇOCUK SAHİBİ OLMAYI DÜŞÜNENLERE UYARI Bir anne, sosyal medyada yaptığı paylaşımda annelik sürecinde yaşadığı zorlukları anlatarak çocuk sahibi olmayı düşünenlere seslendi: ♦️ “Sakın eşiniz istedi diye çocuk yapmayın.” ♦️ “Perişan bir haldeyim.” ♦️ “Çok neşeli bir kadındım.” ♦️ “Giyimime, saçlarıma, tırnaklarıma çok özen gösterirdim.” ♦️ “Buralar çok korkunç, çok zor.” ♦️ “Bunları hesaba katarak çocuk düşünün.” Paylaşım, ebeveynlik, annelik deneyimi ve çocuk sahibi olma kararının sorumlulukları üzerine sosyal medyada tartışma yarattı. #Annelik #Ebeveynlik #Çocuk #SosyalMedya #Gündem ♬ orijinal ses - MAGMA HABER

“Həm dövlətlər daha sürətlə inkişaf etməyə və varlanmağa başladı, həm də insanlar. Lakin bununla yanaşı, insanların sabaha olan ümidi də müəyyən mənada azaldı. Bu gün bir çox insan “bu gün və burada” prinsipi ilə yaşayır. Hamı tez varlanmaq, tez yaxşı yaşamaq istəyir. Belə tələsik həyatın içində övlad sahibi olmaq isə ağır cavabdehlik və məsuliyyət kimi qəbul edilir. Ən əsası isə, müəyyən müddət ərzində övlad dünyaya gətirməyin insanın öz həyatına, rahatlığına və şəxsi inkişafına maneə olduğu düşünülür. Təəssüf ki, bütün bunların fonunda insanlarda olan daxili eqoizm hissi bir çox hallarda digər dəyərlərə qalib gəlir”.
Fidan Hacızadə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью