Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Cəmiyyətdə bəzi gənclərin yaşlı nəslin nümayəndələrinə hörmət göstərməməsi, ictimai nəqliyyatda yaşlı insanlara yer verməməsi və sosial davranış qaydalarına laqeyd yanaşması özünənəzarətin azalması ilə bağlıdır.
Bu barədə sosioloq Hüseyn İbrahimov “Yeni Sabah”a açıqlamasında bildirib.
"Bir çox adətlər var ki, böyüyə hörmət, yaşlı nəslə, qadınlara və bu, daimi ənənəvi olaraq davam edib. Ancaq son bir neçə müddətdir ki, illərdir ki, yavaş-yavaş, yəni o hiss olunur ki, yeni formalaşmaqda olan gənclik, istər qızlar, istər oğlanlar olsun, böyüklərə yer vermək və yaşlı nəslin ehtiramını saxlamaq və bu kimi qaydalara riayət etmirlər. Hətta bəzən görürsən, orta nəslin nümayəndəsi yaşlı, qoca qadına, kişiyə yer verir, amma daha azyaşlı, yeniyetmə və yaxud gənc isə laqeyd halda yanaşır, ümumiyyətlə görməzliyə vurur. Bu tendensiyanı yalnız biz müşahidə etmirik. Məsələ insanlar arasında həmişə müzakirə predmetinə də çevrilir"- deyə sosioloq bildirib. pizza
H. İbrahimovun sözlərinə görə, insanın özünənəzarətinin azalması onun sosial normalara və ictimai qınağa münasibətinə də təsir göstərir:
"Sanki indiki gənclik, indiki gənclik bir qədər ictimai qınaq kimi sosial normaların nədən ibarət olduğunu anlamır. Və əvvəllər insanlar ictimai nəzarəti həmişə özləri üzərində bir sanki neqativlərdən çəkilmək üçün bir qınaq obyekti kimi görürdülər. Amma indiki formalaşan gəncliyin hamısına aid deyil, təbii ki, bu, bir çoxusu bu ictimai qınaq, sosial nəzarəti özlərində hiss etmirlər. Və bu kontekstdən götürdükdə onların özlərinin də özlərinə sosial nəzarətləri azalıb. Belə bir şey var ki, ən böyük nəzarət, sosial nəzarət fərdin öz üzərində olan nəzarətidir. Yəni məsuliyyət və fərdin öz üzərində öz nəzarətinin azalması onun təbii olaraq sosial nəzarətə də əhəmiyyət verməməsini, ictimai qınağa da əhəmiyyət verməməsi kimi tendensiyalar yaradır".
Ekspert bildirib ki, insanların, gənclərin belə bir özünənəzarətin azalması isə səbəb olan amillər sırasında ilk növbədə onlayn asılılıq və sosial şəbəkələrə həddindən artıq bağlılıq bu kimi tendensiyaların onların özünə qapanma hisslərini artırır.
"Onlar artıq ətraf aləmdə sosial davranışlarında, ictimai davranışlarında demək olar ki, hər hansı bir şəxslərin neqativləri edərkən qınaq obyektinə çevrilmək təhlükəsini özlərində hiss etmirlər. Və bu baxımdan artıq belə bir tendensiya yaranır ki, onlar üçün bu sosial normalar artıq təkrarlanmamaqda, təkrarlanmadan yeni bir gənclik bəzi təbəqəsi formalaşmağa başlayır. Təbii ki, bunların üçün ilk növbədə müxtəlif, bunu təbliğat proqramları etmək də olar ki, bu hallar artmasın", – deyə sosioloq qeyd edib.