futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının liqa mərhələsində keçiriləcək “Sabah” – “Barselona” oyunu öncəsi mətbuat konfranslarının və media üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
Futbolpress.az xəbər verir ki, “Sabah”ın mətbuat konfransı noyabrın 24-də saat 18:00-da, media üçün açıq məşqi isə saat 18:30-da başlayacaq. “Barselona”nın mətbuat konfransı həmin gün saat 19:15-də, media üçün açıq məşqi isə saat 20:00-da başlayacaq.
Bakı Olimpiya Stadionunda keçiriləcək hər iki məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq. Mətbuat konfransları da eyni məkanda təşkil olunacaq.
“Sabah” – “Barselona” oyunu noyabrın 25-də saat 21:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.