Əvvəlcə Fernandu Santuş, ardınca Yurgen Henn...

09.11.2024

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Millətlər Liqasının Azərbaycan - Estoniya oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı bəlli olub. Sport24.az xəbər verir ki, noyabrın 15-dəki tədbirlərin vaxtını AFFA-nın mətbuat xidməti açıqlayıb.

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş və futbolçularından birinin iştirak edəcəyi mətbuat konfransı saat 10:45-də başlayacaq. 45 dəqiqə sonra isə yığmamız oyunöncəsi son hazırlığına start verəcək. Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

Estoniya millisinin baş məşqçisi Yurgen Henn və futbolçusu 16:45-də jurnalistlər önünə çıxacaq. Mətbuat konfransından 45 dəqiqə sonra ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq başlayacaq.

Qeyd edək ki, Azərbaycan – Estoniya matçı noyabrın 16-da, Qəbələ şəhər stadionunda keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью