Əvvəlcə Qurbanov, sonra Kostyuk

10.08.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Dinamo” (Kiyev, Ukrayna) qarşılaşmasından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları bəlli olub.

Futbolpress.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı avqustun 12-də saat 13:30-da “Azersun Arena”da baş tutacaq. Saat 18:45-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) eyni arenada keçiriləcək.

Qonaq komandanın baş məşqçisi İqor Kostyukun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək mətbuat konfransı saat 17:00-da start götürəcək. “Dinamo”nun ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqi isə 17:30-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью