“Əvvəlcədən nəzərdə tutulmayan hadisələr baş verir və borcun qaytarılması çətinləşir” Ekspert

21.10.2026

525.az saytına istinadən Icma.az xəbər verir.

“Kredit götürən şəxs üçün risklər mövcuddur. İstehlak krediti götürən şəxs ailə büdcəsini düzgün hesablamaya, biznes krediti götürən sahibkar isə layihəsinin gəlirliliyini olduğundan yüksək qiymətləndirə bilər. Bəzən hesablamalar düzgün aparılsa belə, əvvəlcədən nəzərdə tutulmayan hadisələr baş verir və borcun qaytarılması çətinləşir”.

İqtisadçı ekspert Elçin Rəşidov bunu 525.az-a bildirib. Ekspert qeyd edib ki, istehlak krediti ilə bağlı problemlər ailənin gündəlik xərclərinə, ərzaq və digər zəruri ehtiyaclarını qarşılamaq imkanlarına mənfi təsir göstərə bilər. Biznes kreditlərində isə zərər yalnız sahibkarla məhdudlaşmır. Şirkətin işçiləri, tərəfdaşları və təchizatçıları da bu vəziyyətdən təsirlənə bilərlər:

“Bəzi insanlar borclarını və ya kommunal xidmətlər, tibbi müalicə kimi zəruri xərclərini ödəmək üçün kredit götürürlər. Bu, müəyyən hallarda onların problemini müvəqqəti həll etsə də, digər tərəfdən əlavə faiz və ödəniş öhdəliyi yaradır. Nəticədə insan borc yükündən çıxmaq əvəzinə, daha dərin maliyyə çətinlikləri ilə üzləşə bilər”.

Sevinc Qarayeva 
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью